AZ

Millinin futbolçusu “Neftçi”dən ayrılmağa hazırlaşır

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yarımmüdafiəçi Elvin Camalov “Neftçi”dən ayrılmağa hazırlaşır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu baş məşqçi Yuri Vernidubun planlarına daxil deyil.

“Zirə” və “Qəbələ” Elvinin xidmətində maraqlıdır. Yarımmüdafiəçi karyerası ərzində daha əvvəl hər iki klubda çıxış edib.

2025-ci ilin yanvarında “Zirə”dən “Neftçi”yə keçən Elvin bu mövsüm cəmi 6 oyunda şans qazanıb.

Yarımmüdafiəçi Azərbaycan yığmasının da üzvüdür. O, millidə 21 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
futbolpress.az

4Mənbələr