AZ

Braziliya klubu "Qalatasaray"ın sabiq futbolçusunu transfer edib

Braziliyanın "Qremio" klubu "Panatinaikos"un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bir vaxtlar "Qalatasaray"ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.

Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.

Qeyd edək ki, "Qremio"nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya "Şaxtyor"a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə Superliqası klubuna cəlb olunmuşdu.

Seçilən
67
1
bakivaxti.az

4Mənbələr