AZ

“Qarabağ” bu gün “Neftçi” ilə üz üzə

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yanvarın 10-da Türkiyəyə təlim-məşq toplanışına yollanan “Qarabağ” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, mövsümün ikinci yarısına Antalya şəhərində hazırlaşan Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Gloria Sports Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində növbəti yoxlama oyununu yanvarın 16-da Polşanın “Zaqlebie Lubin” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Antalya toplanışı yanvarın 17-dək davam edəcək. Azərbaycan Premyer Liqasında növbəti turun oyunları isə 23-25 yanvar tarixlərində baş tutacaq.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
dogru.az

3Mənbələr