AZ

Bakıda bu qurumun binası təmir olunacaq 9 milyonluq LAYİHƏ

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Bakının Nərimanov rayonunda yerləşən 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı satınalma elan edib.

BAKU.WS-in əldə etiyi məlumata əsasən, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən binada havalandırma sisteminin tam yenilənməsi, daxili elektrik təchizatı və işıqlandırma işlərinin görülməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan qiyməti 8 milyon 938 min manat təşkil edir.

Qeyd edək ki, layihə inzibati binanın texniki vəziyyətinin yaxşılaşdırılması və iş şəraitinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
baku.ws

2Mənbələr