AZ

Evlərdən oğurluq edən iki nəfər saxlanılıb

Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib. Mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq noutbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
67
10
yenisabah.az

10Mənbələr