BAKI, 12 yanvar. TELEQRAF
Məşhur israilli müğənni Yasmin Levi Azərbaycana gələcək.
Teleqraf xəbər verir ki, Yasmin Levi martin 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
O, ispan dilində öz bəstələrini ifa etməsi ilə tanınır.
Müğənni yaradıcılığında Əndəlus flamenkosunun üslubunu etnik və müasir musiqi alətlərinin müşayiəti ilə birləşdirərək unikallığı ilə seçilir.
Yasmin Levinin 2005-ci ildə işıq üzü görən ilk albomu "Romance & Yasmin" BBC tərəfindən “Ən yaxşı debüt” nominasiyasında mükafatlandırılıb.
Yasmin Levinin həm müğənni, həm də bəstəkar kimi yaradıcılığı orta əsr səfarad musiqisi, flamenko ritmləri və türk folklorunun harmonik sintezidir.
Onun səsi dinləyiciyə həqiqi musiqi həyəcanı yaşadan nadir ifalardandır.