AZ

İkinci Qarabağ müharibəsindən sonra 417 nəfər hərbi sursatların partlayışı nəticəsində həlak olub - ANAMA

Bakı.Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)yanında İctimai şuranın üzvləri son vaxtlar işğaldan azad edilmişərazilərdə ardıcıl şəkildə baş verən mina hadisələri ilə əlaqədarmüzakirələr aparıblar.

Trend xəbərverir ki, müzakirələrin yekununda İctimai şura üzvləri ictimaiyyətəaçıqlama yayıb:

“Son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq başverən mina hadisələri ciddi narahatlıq doğurur. Yeni ilin ilkgünlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. Bu fakt birdaha göstərir ki, mina təhlükəsi hələ də real və davam edən riskolaraq qalmaqdadır.

İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfərmina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlakolmuş və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kəndtəsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirakedən işçilər, jurnalistlər, hərbiçilər, eləcə də xidmətivəzifələrini yerinə yetirən qurumların əməkdaşları vardır.

ANAMA yanında İctimai Şura olaraq bir daha diqqətə çatdırırıqki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq,xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geri dönüşüolmayan nəticələrə səbəb olur. Məhz təhlükəsizliyin təmin edilməsi,baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi iləmina və digər partlayıcı sursatlarla yüksək səviyyədəçirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraqçəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən gündəlik fəaliyyətiniişğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə dədoğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayətetməsi həyati vacibdir.

Bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətindədövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir. Hesabedirik ki, mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlətqurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışıhəlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarınaəməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Yuxarıdaqeyd olunanları nəzərə alaraq regionda istisnasız olaraq hər kəsiyalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyətgöstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşyavə ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyətiqurumlara məlumat verməyə çağırırıq.

Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur.Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yenifaciələrə yol aça bilər”.

Məqalədə:
Seçilən
70
17
az.trend.az

10Mənbələr