AZ

“Neftçi” - “Kayrat” oyununun qapalı olmasını kim istəyib? - klub rəsmisindən açıqlama

“Neftçi” cümə günü qış fasiləsində keçirdiyi ilk yoxlama oyununda “Kayrat”ı darmadağın etdi – 3:0.

Azərbaycanlı futbolsevərlərin bu oyunla bağlı təəssüratı yalnız “ağ-qaralar”ın yaydığı 4 dəqiqəlik videoicmal əsasında formalaşdı.

Bildiyiniz kimi, oyun qapalı keçirildi, yayınlanmadı. Səbəbini öyrənmək üçün “Neftçi”nin mətbuat
katibi Asəf Zeynallı ilə ələqə saxladıq. Məlum oldu ki, bu qərar hər iki komandanın baş məşqçisinin istəyi ilə verilib.

Xatırladaq ki, “Neftçi” növbəti oyunu sabah – yanvarın 13-də Misirin “Piramids” komandasına qarşı keçirəcək.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
53
1
football-plus.az

2Mənbələr