Bakı. Trend:
“Azercell Telekom” MMC rouminq internet paketləri üzrə məhsulportfelini yeniləyir. Abunəçilərin tələblərinə uyğun yenilənmişpaketlər rouminqdə internet xidmətindən daha sərfəli şərtlərləistifadə imkanı təqdim edir. İndi ölkə hüdudlarından kənarda beləabunəçilər işlərini rahatlıqla idarə edə və yaxınları ilə fasiləsizünsiyyətdə qala bilər, bu da öz növbəsində onlar üçün səyahəttəcrübəsini daha rahat və etibarlı edir.
Belə ki, yerli bazarda ən geniş rouminq şəbəkəsinə malik lidermobil operator 500 MB, 2 GB, 5 GB və 10GB həcmlik internetpaketlərini istifadəyə verir.
Qısa müddətli xarici səfərlər üçün nəzərdə tutulmuş 500 MBhəcmli rouminq paketi 3 gün müddətinə 10 AZN, 2 GB həcmli paket isə10 gün müddətinə 25 AZN-ə təqdim olunur. Daha uzun müddət və dahageniş istifadə ehtiyacı olan abunəçilər üçün 30 günlük 5 GB həcmlipaket 50 AZN, 10 GB həcmli paket isə 75 AZN-ə təklif olunur.
Qeyd edək ki, bu paketlərdən 100-dən çox ölkədə fəaliyyətgöstərən 260 operatorun şəbəkəsində yararlanmaq mümkündür və busiyahı mütəmadi olaraq yenilənir.
Paketlər barədə ətraflı məlumatı Azercell-in rəsmi internet səhifəsindən əldə etməkmümkündür.