AZ

Ermənistan Solovyova görə Rusiyaya nota verib

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamalarına görə etiraz notası təqdim edilib.Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramının efirində səsləndirilən açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçilik təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir.

Seçilən
25
8
anews.az

10Mənbələr