Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, ona rusiyalı aparıcı Vladimir Solovyovun açıqlamalarından dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.
Ermənistanın XİN-in sözçüsü Ani Badalyan qeyd edib ki, "Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dövlət televiziya kanalında verilən açıqlamalardan dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib. Vurğulanıb ki, bunlar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz qəsd, düşmənçilik aktı və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır".
Qeyd edək ki, rusiyalı teleaparıcı və jurnalist Vladimir Solovyov bildirib ki, "Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir zonasındakı ərazilərdə xüsusi hərbi əməliyyat keçirməlidir".