Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın OFK klubu ilə üz-üzə gəlib. Qarşılaşma Belqrad təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çaatıb.
"Kimyaçılar"ın yeganə qolunu Aleksandr Ramalinqom vurub.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Macarıstan təmsilçisi "Pakş"a 1:5 hesabı ilə məğlub olub. Komanda sonuncu oyununu "Osiyek"ə (Xorvatiya) qarşı keçirəcək.
saytlarin hazirlanmasi