AZ

Avropa Parlamentindən İrana SƏRT ZƏRBƏ – Diplomatların girişinə QADAĞA QOYULDU

İran diplomatlarının Avropa Parlamentinə girişi qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “POLITICO” nəşri məlumat yayıb. Avropa Parlamenti İran rəsmilərinə qarşı sanksiya xarakterli addım atıb.

Məlumata görə, İran diplomatlarının və rəsmi şəxslərinin Avropa Parlamentinə girişinə qadağa tətbiq edilib. 

Qurumun sədri Roberta Metsola yanvarın 12-də bəyan edib ki, qərara əsasən, bundan sonra İran nümayəndələri Parlamentin Brüssel, Strasburq və Lüksemburqdakı binalarına və obyektlərinə buraxılmayacaqlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
4
interpress.az

4Mənbələr