AZ

İsrailin Xarici işlər naziri Bakıya gələcək

İsrail Xarici işlər naziri Gideon Saarın yanvarın 26-da Bakıya gəlişi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, İsrail mənbələrinə görə, bu barədə AIA Global (Azərbaycan-İsrail alyansı) məlumat yayıb. 

Səfər bir gün davam edəcək və bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar keçiriləcək. Saar daha sonra isə Qazaxıstana səfər edəcək.

Vaşinqtonda yerləşən Hudson İnstitutunun son təhlilində qeyd olunur: "Azərbaycan strateji cəhətdən əhəmiyyətli bir yerdə yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkə, Avropa və qlobal bazarlara çıxış üçün Mərkəzi Asiyanın əsas nəqliyyat mərkəzlərindən biri kimi xidmət edir."

Forbes qeyd edir ki, "Azərbaycan Qazaxıstan və Özbəkistanın həyati əhəmiyyətli mineral ehtiyatlarına əsas giriş nöqtəsi kimi xidmət edir".

“Bakı Orta Dəhlizin əsas hissəsinə nəzarət edir. Bu, Avropadan Asiyaya gedən və həm Rusiyanı, həm də İranı keçərək gedən yeganə quru yoludur... Bu, ABŞ-ın Çinin nadir torpaq elementlərinə alternativ axtarışında son zamanlar prioritet verdiyi Orta Asiyaya körpü halına gəlib”, - deyə "Yorktown" İnstitutunun Turan beyin mərkəzinin baş analitiki Cozef Epşteyn “The National Interest” üçün yazdığı məqalədə bildirib.

Seçilən
68
5
bakivaxti.az

7Mənbələr