Bakı. Trend:
Xabi Alonso İspaniyanın "Real Madrid" futbol klubunun başməşqçisi vəzifəsindən azad olunub.
Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidmətibildirib.
Məlumata əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı iləxitam verilib.
Qeyd edək ki, X.Alonso 2025-ci ilin may ayında "Real Madrid"ərəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027/28 mövsümününsonuna qədər imzalanmışdı.