AZ

Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşür

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin dekabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 29 mlrd. 685.5 mln. manat təşkil edib. Bunun da 75.9%-i və ya 22 mlrd. 520.6 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.4% və ya 1 mlrd. 544 mln. manat artıb.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 20 mlrd. 976 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
23
1
banco.az

2Mənbələr