AZ

“Çelsi”yə yeni baş məşqçi gəldi

Dünən “Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Liam Rosenyor təyin olunub.

"Football-plus.az" xəbər verir ki, Entso Mareskanı istefaya göndərən klub rəhbərliyi 41 yaşlı mütəxəssislə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Rosenyorun məşqçi karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub. O, “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə “Strasbur”a rəhbərlik edib.

Qeyd edək ki, “Strasbur” və “Çelsi” eyni sahiblərə məxsusdu və Fransa klubu faktiki London təmsilçisinin farm-klubu hesab olunur. “Strasbur” bu mövsüm Rosenyorun rəhbərliyi altında Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub, hazırda çempionatda 7-ci yerdə qərarlaşıb.

Seçilən
42
2
football-plus.az

3Mənbələr