AZ

İranda etirazçılara dəstək verən iş adamı həbs edildi

İranda keçirilən etiraz aksiyalarına dəstək verdiyi üçün Qum şəhərində yaşayan məşhur iş adamı Məhəmməd Saediniya saxlanılıb.

 
Sitat.info xəbər verir ki, bu barədə Qum əyalətinin prokurorluğu məlumat yayıb.
 
Məlumata görə, iş adamı bir neçə gün əvvəl etirazçılara dəstək paylaşımı etdiyinə görə həbs edilib.
 
Qeyd edək ki, Məhəmməd Saediniya İranın müxtəlif bölgələrində olan çoxsaylı kafe və şirniyyat evləri şəbəkəsinin sahibidir.
Seçilən
106
1
sitat.info

2Mənbələr