Bakı.Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Sularınİstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX)yeni rəis müavini kollektivə təqdim edilib.
Bu barədə Trend-ə Suların İstifadəsinə və Mühafizəsinə DövlətNəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən,Əliağa Əzizov rəis müavini vəzifəsinə təyin olunub. Bu, Xidmət üzrəikinci rəis müavini təyinatıdır.
Bununla bağlı Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbirkeçirilib. Xidmət rəisi çıxışında qeyd edib ki, dünən ölkəbaşçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın sutəhlükəsizliyi sahəsində aparılan islahatların stratejiəhəmiyyətini bir daha göstərdi.Cənab Prezidentin Sərəncamı ilətəsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsindəkonkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərininazaldılması, su-kanalizasiya və yağış suları infrastrukturununinkişafını prioritet istiqamət kimi müəyyən edir.
Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib vəüzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyinivurğulayıb.
Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildəAzərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və sutəsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdəBMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarınınidarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada sudiplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildənAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi,2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri,2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb.Evlidir.