Ukrayna Energetika Nazirliyində kanalizasiya partlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Kuçerenko məlumat verib. Ukraynanın Energetika Nazirliyinin binasında qeyri-adi hadisə baş verib.
Məlumata görə, nazirliyin zirzəmisində kanalizasiya sistemi sıradan çıxıb və boru partlayıb.
Deputat hadisəni “simvolik” adlandıraraq vəziyyətə kinayə ilə yanaşıb:
“Nazirliyin zirzəmisində kanalizasiya partlayıb. Bilmirəm, bunu necə qəbul edim – bu, yeni rəhbər üçün bir işarədir, yoxsa göylərdən gələn siqnal? Bu hadisə ölkənin enerji təhlükəsizliyini tamamilə sarsıtmayacaq ki?!”
Xuraman Etibarlı
İnterpress.az