AZ

Energetika Nazirliyində kanalizasiya xətti PARTLADI – Deputatdan İRONİK ŞƏRH

Ukrayna Energetika Nazirliyində kanalizasiya partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Kuçerenko məlumat verib. Ukraynanın Energetika Nazirliyinin binasında qeyri-adi hadisə baş verib.

Məlumata görə, nazirliyin zirzəmisində kanalizasiya sistemi sıradan çıxıb və boru partlayıb. 

Deputat hadisəni “simvolik” adlandıraraq vəziyyətə kinayə ilə yanaşıb:

“Nazirliyin zirzəmisində kanalizasiya partlayıb. Bilmirəm, bunu necə qəbul edim – bu, yeni rəhbər üçün bir işarədir, yoxsa göylərdən gələn siqnal? Bu hadisə ölkənin enerji təhlükəsizliyini tamamilə sarsıtmayacaq ki?!”

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
36
1
interpress.az

2Mənbələr