AZ

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. 

Milli.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib. 

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması nəzərdə tutulur.

"1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlər Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olara həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqqi şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək." deyə nazir əlavə edib.

Bunun üçün 636 mln manat vəsait ayrılması nəzərdə tutulur. 

Milli.Az



 

Seçilən
47
2
milli.az

3Mənbələr