AZ

ABŞ Venesuela ilə əlaqəli onlarla tankeri saxlamaq niyyətindədir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ administrasiyası Venesuela neft ticarəti ilə əlaqəli daha onlarla tankerin saxlanılması üçün məhkəmə qərarı istəyib.

Bizimyol.info xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, əsasən Vaşinqtonda, rayon məhkəmələrində çoxsaylı mülki müsadirə tələbləri irəli sürülüb.

Mənbələr bildirib ki, ABŞ 9 yanvarda gəmilərin saxlanılmasını dayandırsa da, ABŞ neft daşımağa icazə vermədiyi gəmilərə qarşı tədbirləri bərpa etməyə hazırdır.

12 yanvarda Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası ABŞ-ın icazəsi olmadan Venesueladan gedən bütün tankerləri ələ keçirməyə davam edəcək.

"Reuters" mənbələrə istinadən xəbər verir ki, 7 yanvarda ABŞ Sahil Mühafizəsi Latın Amerikası sahillərində "Marinera" neft tankerini saxlamaq üçün əməliyyat keçirib. Ağ Ev iddia edir ki, "Marinera" tankeri Venesuelanın kölgə donanmasının bir hissəsidir və ABŞ sanksiyalarını pozaraq qanunsuz olaraq neft daşıyıb.

Yanvarın 9-da ABŞ Sahil Mühafizəsi daha bir neft tankeri olan "Olina"nı ələ keçirdi və bu, Vaşinqtonun sanksiya siyasəti çərçivəsində ələ keçirdiyi beşinci gəmi oldu.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
icma.az

1Mənbələr