AZ

Dəm qazının növbəti qurbanı

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Bakıda daha bir nəfər dəm qazından vəfat edib.

Bakupost.az xəbər verir ki, bədbəxt hadisə Nəsimi rayonu 3-cü Alatava yaşayış sahəsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Züleyxa Bayramova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hər il qış mövsümündə ölkədə onlarla insan dəm qazının qurbanı olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
5
www.bakupost.az

6Mənbələr