AZ

ABB 2025-ci ili 336 milyon manat xalis mənfəətlə başa vurub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ili 335 milyon 693 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 41 milyon 961 min manat və ya 14,3% artıb.

Hesabat dövründə ABB-nin aktivləri 13 milyard 626 milyon 903 min manata bərabər olub.

Bankın kredit porfeli isə 7 milyard 79 milyon 984 min manat təşkil edib. Bu da 2024-cü illə müqayisədə 729 milyon 183 min manat və ya 11,5% çoxdur.

Qeyd edək ki, ABB-nin depozit porfeli ötən ilin dekabr ayının sonuna 8,9 milyard manat olub. Bunun da 3 milyard 404 milyon 277 min manatı fiziki şəxslərin depozitləri, 5 milyard 488 milyon 603 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
1
banco.az

2Mənbələr