AZ

Sabiq nazir: "Nemət onlara tapşırıb ki, pulları yığın"

Nemət Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. 

O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, 10 milyon vəsait AXC lideri və mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. 

N Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs  olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib. Səsləndirilən iddialar nə dərəcədə realdır?

Məsələ ilə bağlı Meydan hərəkatının aparıcılarından olan istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilov “Cebheinfo.az”-a danışıb.

O bildirib ki, Nemət Pənahlı düz adam idisə, Əbülfəz Elçibəyin sağlığında bu iddianı irəli sürərdi: 

“Onun nəfəsi də yalanla gedib, gəlir. Ancaq ona-buna şər atır. Bu adamın vəzifəsi ziyalıları təqib eləmək olub. Ziyalılar o meydanı tərk etdikdən sonra öz adamına tapşırıb ki, pulları yığın. Həmin pulları da yığıb, harada saxlayırlarsa, bunu bir özləri bilir. İndi 30 ildən sonra bunu Əbülfəz Elçibəyin boynuna qoymaq, ona iftira atmaq ən azı şərəfsizlikdir. Başqa söz deyə bilmərəm”.

Seçilən
201
1
cebheinfo.az

2Mənbələr