AZ

“İran ən çətin vaxtlarda Ermənistanın yanında olub” - Səfir

“Tehranda Ermənistanın İrana qarşı düşmən qüvvələrin mərkəzini olduğu düşünülür".

Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.

Onun sözlərinə görə, bir qrup insanın Ermənistandakı İran səfirliyinə gəlib hörmətsiz və təhqiramiz ifadələr işlətmək imkanı var və onlara bunu etmələri üçün icazə verilir.

“Altı gündür ki, saat 18:00-dan 21:00-dək İran səfirliyinin binasının qarşısında hörmətsiz və təhqiramiz ifadələr səsləndirilir və etirazımızı bildirməyimizə baxmayaraq, bu proses davam edir. Etirazımızı dəfələrlə Ermənistanın müvafiq qurumlarına çatdırmışıq. Ən çətin anlarda Ermənistan hökumətinin yanında olmuşuq, buna çoxlu nümunələr var. Bu gün çətin vəziyyətdəyik və Ermənistanda İran səfirliyinin binasının qarşısında baş verənlər İran xalqının tarixi yaddaşında qalacaq. Düşünürəm ki, hər şeyi aydın şəkildə demişəm”, - deyə diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, çoxları İranda qeyri-sabitliyin olacağını və ölkəni bölmək məqsədi güdən separatçı qüvvələrin fəallaşacağını gözləyir.

Şirqolami əlavə edib ki, İsrailin əvvəlcə planlaşdırdığı şey məhz budur. Onlar uğur qazana bilməyəcəklər, amma əgər buna nail olsalar, Ermənistan uduzanlardan biri olacaq. Düşünürəm ki, bu ideyanın əlavə aydınlaşdırılmasına ehtiyac yoxdur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
170
3
missiya.az

4Mənbələr