Metbuat.az xəbər verir ki, Osimen komandasının qələbəsi üçün əlindən gələni edəcəyini deyib: “Ən böyük arzumuz çempion olmaqdır”. Ulduz futbolçu şərəfini qoruduğu “Qalatasaray”ın uğurları barədə hər gün düşündüyünü bildirib. O, ilk fürsətdə İstanbula qayıdacağını vurğulayıb: “Mərakeşə qalib gəlsək, yanvarın 18-də final matçına çıxacağıq. Məğlub olsaq, 17 yanvarda 3-cü yer uğrunda mübarizə aparacağıq. Turnir yekunlaşır. Tezliklə Türkiyəyə dönəcəyəm. İstanbul üçün darıxıram”.
Viktor Osimen yanvarın 22-də keçiriləcək “Atletiko Madrid” matçında forma geyinəcəyini bildirib: “Biz “Atletiko Madrid”i məğlub edəcək gücdəyik. Həmin oyunda qələbə üçün əlimdən gələni edəcəyəm. Belə vacib oyunda komandamı tək qoya bilmərəm. UEFA Çempionlar Liqası “Qalatasaray” azarkeşləri üçün böyük əhəmiyyət kəsb edir. Tərəfdarlarımızın üzünü güldürmək üçün bütün gücümü ortaya qoyacağam”.