AZ

Messiyə sensasiyalı təklif

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Messiyə sensasiyalı təklif

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xaili Lionel Messiyə sensasiyalı təkliflə çıxış edib.

QOL.az xəbər verir ki, argentinalı hücumçunu klubunda görmək istədiyini açıq şəkildə bildirən funksioner Messiyə istənilən məbləğ və istənilən müddətə - hətta ömürlük müqavilə təklif etməyə hazır olduğunu deyib:

“Əgər Messi "Əl-İttihad"la müqavilə imzalamağa razılaşsa, ona elə bir müqavilə təklif edəcəyəm ki, istədiyi məbləği özü yazsın, istədiyi müddətə - hətta ömürlük. Mənim üçün pulun heç bir əhəmiyyəti yoxdur. Sadəcə, Messini klubumda görmək istəyirəm. Bu isə futbol tarixinin ən böyük oyunçusunun komandamızda olması deməkdir”, - deyə Əl-Xaili Səudiyyə Ərəbistanə mediasına müsahibəsində bildirib.

Qeyd edək ki, hazırda MLS-də “İnter Mayami”nin formasını geyinən Lionel Messi ötən mövsüm bütün turnirlərdə 49 matçda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
qol.az

3Mənbələr