AZ

Paşinyan: Ermənistan və Azərbaycan arasında ticarət gözlənildiyindən daha tez başladı

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Dünənki bəyanat Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün təsisatlaşdırılması istiqamətində çox vacib və əhəmiyyətli addımdır”.

Reyting.az xəbər verir ki, bunu Ermənistan baş nazir Nikol Paşinyan dünən xarici işlər naziri Mirzoyan ilə ABŞ dövlət katibi Rubionun Vaşinqtonda birgə bəyanatını şərh edərkən bildirib.

“Sərhəd demarkasiyası komissiyaları işləyir. Əvvəlcə gözlədiyimizdən daha sürətlə irəliləyirik, çünki Vaşinqton Bəyannaməsində Ermənistan Respublikası üçün regional kanalların açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qarşılıqlı faydalı ünsiyyətin təmin edilməsini təsbit etdiyimiz zaman Ermənistanın xarici dünya ilə dəmir yolu əlaqələri əldə edəcəyini güman etmişdik. İnanıram ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi”,- deyə baş nazir qeyd edib.

Paşinyan əlavə edib ki, bu gün Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət Ermənistanın və beynəlxalq ictimaiyyətin, bəlkə də hətta Azərbaycanın gözlədiyindən daha tez reallığa çevrilib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
reyting.az

2Mənbələr