AZ

İran ABŞ-la danışıqları təsdiqlədi

İran danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalı və əsas, elementar prinsiplərə riayət etməlidir.

Ölkə.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  deyib.

O qeyd edib ki, "Biz heç vaxt danışıqlardan yayınmamışıq".

Diplomat İranın xarici işlər naziri Abbas Əraqçinin son iki gün ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovla danışıqlar apardığını təsdiqləyib.
O, Körfəz ölkələrindən birinin üçüncü ölkənin vasitəçiliyi ilə danışıqlar aparmaq üçün addımlar atdığını söylədi.

Şirqolami vurğulayıb ki, Tramp hər gün yeni bir şey deyə bilməz: “O, qərar verməlidir. Əgər o, qarşılıqlı hörmətə əsaslanan real danışıqlar aparmaq istəyirsə, İran hazırdır".

“Axios” nəşri isə bir müddət əvvəl yazıb ki, İranın xarici işlər naziri Abbas Arağçı ABŞ prezidentinin İrana qarşı hərbi güc tətbiq etməklə bağlı təhdidləri fonunda həftəsonu Trampın xüsusi elçisi Stiv Uitkovla əlaqə saxlayıb .

Tramp isə bir neçə gün əvvəl  İranın rəhbərliyinin ABŞ ilə əlaqə saxladığını və nüvə sazişini müzakirə etməyi təklif etdiyini bildirib. "Biz onlarla görüşə bilərik. Görüş təşkil olunur, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçməli ola bilərik", - Tramp deyib.

Mürtəza

Seçilən
36
50
olke.az

10Mənbələr