AZ

Londondakı İran səfirliyindəki hadisə təkrarlana və İranda keçirilən mitinqlər kənar ölkələrə yayıla bilər

ain.az, Bizimyol saytına istinadən bildirir.

Londondakı İran səfirliyinin qarşısında nümayiş etdirilən dövlət bayrağı etirazçılar tərəfindən cırılıb. Bu barədə məlumatı "Free Iran" Telegram kanalı yayıb. Qeyd edilib ki, səfirliyin qarşısındakı dövlət bayrağı 1979-cu il İslam İnqilabından əvvəl mövcud olan rəsmi bayraqla əvəz edilib. İranlı haker qrupu Hanzala da Mossadla əlaqəli olduğu iddia edilən 600 şəxsin şəxsiyyətini aşkar etdiyini iddia edib. Onların iğtişaşların təşkilində və etirazların artmasında iştirak etdikləri deyilir. Dərc olunmuş hesabatda açıqlanan adlar arasında bir neçə tanınmış ictimai xadimin də olduğu bildirilir.İranda baş verən hadisələr Londonda olduğu kimi başqa ölkələrə də sirayət edə bilərmi?Xaricdə yaşayan farslar bu aksiyalara dəstək verə bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda baş verən mitinqlər kənar ölkələrə sıçraya bilər.

Zeynal Əmrəliyev

“Digər ölkələrdəki İran səfirliklərinin qarşısında aksiyalar keçirilə bilər. Bu aksiyalar İrandakı etirazçılara dəstək məqsədi daşıyan aksiyalar ola bilər. Yəni bu şəkildə keçirilə bilər. Həmçinin digər ölkələrin vətəndaşları da İrandakı rejimin əleyhinə aksiyalar təşkil edə bilərlər. Daha əvvəl də müxtəlif ölkələrdə bunun nümunələrinə şahid olmuşuq”-deyən Zeynal Əmrəliyev hesab edir ki, bu kimi addımlar beynəlxalq ictimaiyyətin diqqətini hadisələrə çəkmək üçün həyata keçirilə bilər.

Politoloqun fikrincə, daha çox beynəlxalq ictimaiyyəti İranda baş verən aksiyalara fokuslamaq üçün belə bir üsul tətbiq edilə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
126
bizimyol.info

1Mənbələr