AZ

Tramp: Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir » AzadMedia.az


Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədi üçün lazımdır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.

ABŞ Prezidenti bəyan edib ki, Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir: “NATO bu yolda liderlik etməlidir. Biz bunu etməsək, Rusiya, ya da Çin bunu edəcək”.

Trampın sözlərinə görə, bu, baş verməyəcək.

“Hərbi nöqteyi-nəzərdən yanaşsaq, mənim ilk prezidentlik dövrümdə ərsəyə gətirdiyim və indi də daha yüksək səviyyəyə qaldırdığım ABŞ-ın böyük hərbi dəstəyi olmasaydı NATO effektiv güc və çəkindirici qüvvə ola bilməzdi, heç buna yaxınlaşa da bilməzdi. Onlar bunu bilirlər, mən də bilirəm. NATO Qrenlandiyanın ABŞ-ın əlində olması ilə daha möhtəşəm və effektiv olacaq. Bundan az olan hər bir şey bizim üçün qəbuledilməzdir”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-ın yeni nəsil hava və raketdən müdafiə sistemi olan “Golden Dome” (“Qızıl Günbəz”) 2028-ci ildə istifadəyə veriləcək.
Seçilən
64
10
azadmedia.az

10Mənbələr