Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar - Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər qiyabi hökm oxunub.
Onların hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Sevinc Mirzəyeva və digər şəxslərin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.