ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa müttəfiqlərindən İranın potensial hədəflərinə hücumlar barədə kəşfiyyat məlumatlarını paylaşmalarını istəyib.
Editor.az xəbər verir ki, “The Washington Post” (WP) qəzetinin iki Avropa rəsmisinə istinadən verdiyi məlumata görə, sorğu yanvarın 13-də göndərilib: “Prezident Trampın nüvə obyektlərinə hücum etmək niyyətində olduğuna dair heç bir dəlilimiz yoxdur. Etirazçıların qətlində məsul olan və iştirak edən təşkilatların və qüvvələrin rəhbərliyinin təqibinə məruz qalması ehtimalı daha yüksəkdir”, – deyə bir rəsmi əmin edib.
WP-dəki mənbənin sözlərinə görə, Pentaqon İrandan mümkün cavab tədbirlərindən narahatdır. Venesueladakı missiya səbəbindən Yaxın Şərqdəki ABŞ Mərkəzi Komandanlığından təyyarələr, gəmilər və xüsusi əməliyyat qüvvələri geri çəkilib. Mənbə nəşrə bildirib ki, “administrasiyanın hazırda regionda tammiqyaslı hərbi hücum başlatmaq üçün kifayət qədər resursları yoxdur”.
//Samir Qurbanov, Editor.az