Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kaliforniyanən "Galactic Resource Utilization Space" (GRU) startapı 2032-ci ilə qədər dünyada ilk Ay otelini açmaq niyyətində olduğunu bəyan edib.
Axşam.az xəbər verir ki, şirkət artıq bronlaşdırma üçün vebsayt yaradıb. Maraqlanan şəxslərdən ilk kosmik turistlər sırasında olmaq üçün 1 milyon dollar məbləğində avans ödənişi tələb olunur.
GRU-nun bəyanatında bildirilir ki, layihənin həyata keçirilməsi üçün patentləşdirilmiş yaşayış modulları sistemi və avtomatlaşdırılmış proses vasitəsilə Ay torpağının möhkəm konstruksiyalara çevrilməsi istifadə olunacaq. Tikintiyə 2029-cu ildə, müvafiq tənzimləyici icazələr alındıqdan sonra başlanması planlaşdırılır.
Otelin əsas auditoriyası əvvəlki kommersiya kosmik uçuşlarına qatılmış şəxslər və eksklüziv bal ayı keçirmək istəyən varlı cütlüklər olacaq. GRU-nun təsisçisi, 21 yaşlı Kaliforniya Universiteti məzunu Skayler Çan, kosmik turizmi “Ay iqtisadiyyatı” yaratmaq və insanlığı planetlərarası sivilizasiyaya çevirmək üçün vacib bir addım kimi qiymətləndirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.