AZ

“Real Madrid” baş məşqçi Arbeloa ilə ilk oyunda məğlub olub

"Real Madrid" İspaniya Kubokunun 1/8 final mərhələsinin səfər oyununda Albaseteyə 2:3 hesabı ilə məğlub olub.

APA xəbər verir ki, qalib komandanın heyətində qolları Xavi Vilyar (42-ci dəqiqə) və Xefte Betankor (82, 90+4) vurub.

Məğlub tərəfdə isə Franko Mastantuono (45+3) və Qonsalo Qarsiya (90+1) fərqləniblər.

“Real” bu görüşü baş məşqçi postuna yeni təyin olunmuş Alvaro Arbeloaun rəhbərliyi altında keçirib.

İspaniya millisinin tərkibində dünya çempionu olmuş Arbeloa yanvarın 12-də baş məşqçi təyin edilərək Xabi Alonsonu əvəzləyib. Alonso komandaya may ayından rəhbərlik edirdi.

Seçilən
34
2
apa.az

3Mənbələr