AZ

Tramp bəzi malların idxalına yeni gömrük rüsumları tətbiq edib

ABŞ Prezidenti Donald Tramp müəyyən yarımkeçiricilərin və yarımkeçirici istehsalı üçün avadanlıqların idxalına 25 faiz həcmində yeni gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı qərar verib.

Editor.az xəbər verir ki, müvafiq qərar Ağ Evin rəsmi internet saytında dərc olunub.

Donald Tramp bildirib ki, bu addım milli təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Yeni rüsumlar Amerika çip istehsalının inkişafı, məlumat mərkəzlərində istifadə, elmi-tədqiqat və inkişaf layihələri, startap şirkətləri və mülki sənaye tətbiqləri üçün xaricdən idxal edilən müəyyən mallara (yarımkeçiricilər istisna olmaqla) şamil olunacaq.

Ağ Ev açıqlamasında qeyd edib ki, ABŞ-nin mövcud istehsal gücü milli müdafiə ehtiyaclarını və kommersiya sektorunun artan tələbatını tam şəkildə qarşılamaq üçün kifayət etmir.

Qeyd edək ki, yanvarın 3-də Donald Tramp milli təhlükəsizliyə potensial təhdidləri əsas gətirərək Emcore və HieFo şirkətləri arasında yarımkeçirici sahəsində bağlanmış sazişin ləğv edilməsi barədə göstəriş vermişdi. ABŞ Prezidentinin fikrincə, Emcore şirkətinə məxsus kompüter çipləri aktivlərinin HieFo-ya ötürülməsi ölkənin milli təhlükəsizliyi üçün risk yarada bilərdi. Prezident sərəncamında HieFo şirkətinin guya Çin vətəndaşı tərəfindən nəzarət edildiyi də vurğulanıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
107
editor.az

1Mənbələr