AZ

İran hava məkanını yenidən AÇDI

İranda NOTAM-ın (havaçılara bildiriş) müddətinin başa çatmasının ardından ölkənin hava məkanı yenidən uçuşlara açılıb.

"Cebheinfo.az" xəbər verir ki, İran tərəfindən ötən gecə yayımlanan NOTAM çərçivəsində, Bakı vaxtı ilə saat 07:30-a qədər tətbiq edilən uçuş məhdudiyyətləri müəyyən olunmuş müddətin bitməsi ilə ləğv edilib.

Hava məkanının yenidən açılmasından sonra Təhran uçuş məlumat bölgəsində mərhələli normallaşma müşahidə olunub. Beynəlxalq və regional uçuşların da İran hava məkanından istifadə etməyə başladığı qeydə alınıb.

Xatırladaq ki, Təhranın hava məkanı əvvəlcədən icazə verilmiş beynəlxalq uçuşlar istisna olmaqla, bütün uçuşlara bağlanmışdı. İran, 14–15 yanvar tarixlərində ölkənin hava məkanının bağlandığını bildirən NOTAM (Havaçılara Bildiriş) yayımlamışdı: “Təhran uçuş məlumat bölgəsi mülki gəliş və gediş uçuşları istisna olmaqla bütün uçuşlara bağlıdır. Təhran uçuş məlumat bölgəsində həyata keçiriləcək uçuşlar üçün İranın Mülki Aviasiya Təşkilatından əvvəlcədən uçuş icazəsi alınmalıdır”.

Seçilən
121
cebheinfo.az

1Mənbələr