Dağıstanda təhlükəli uşaq qidası müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Dağıstanda uşaqlar üçün nəzərdə tutulan təhlükəli quru qarışıqlar satışdan çıxarılıb.
Rospotrebnadzorun Dağıstan üzrə İdarəsi Mahaçqaladakı anbarlardan birində ümumi çəkisi 100 kiloqramdan çox olan 215 banka quru uşaq qidası aşkar edib.
Məlumata görə, həmin məhsulun satışı 2026-cı il yanvarın 6-dan etibarən qadağan edilib. Qadağaya səbəb məhsulun tərkibində sereulid toksininin olma ehtimalıdır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu toksin uşaqlarda qusma və ishal kimi fəsadlar yarada bilər.
Xuraman Etibarlı
İnterpress.az