AZ

Tramp Venesuelanın yeni lideri ilə nəzakətli danışdı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyələrini icra edən Delsi Rodriqeslə uzun danışıq aparıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Donald Tramp məlumat yayıb.

“Bu səhər onunla çox yaxşı danışıq apardım. Biz Venesuelanın sabitləşməsinə və bərpasına kömək edərək böyük irəliləyiş əldə edirik. Çoxlu mövzular müzakirə edildi, neft, faydalı qazıntılar, ticarət və əlbəttə, milli təhlükəsizlik!” — Tramp deyib.

Öz növbəsində, Rodriqes Trampla “uzun və nəzakətli telefon danışığı” apardığını və bunun qarşılıqlı hörmət atmosferində keçdiyini bildirib.

“Biz xalqlarımızın maraqları naminə ikitərəfli iş planını, həmçinin hökumətlərimiz arasında həll olunmamış məsələləri müzakirə etdik”, — deyə Rodriqes paylaşımında yazıb.

Qeyd edək ki, dünən ABŞ Venesueladan ilk neft partiyasının 500 milyon dollara satıldığını açıqlayıb. Bunun müsadirə edilmiş neftdən gəlib-gəlmədiyi və ya birbaşa Karakas tərəfindən tədarük edildiyi barədə dəqiq məlumat verilmir.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
globalinfo.az

1Mənbələr