AZ

Rizədə Beynəlxalq Enerji Forumu keçirilir

ain.az, 525.az portalına istinadən məlumat verir.

Türkiyənin Rizə şəhərində İkinci Beynəlxalq Qara dəniz Rizə Ayder Forumu öz işinə başlayıb.

525.az-ın Rizəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Forum Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyası (KEİPA), Rizə Valiliyi və Rizə Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstək verdiyi Forumda enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar  iştirak edib. Tədbirin təşkilati və planlaşdırma işləri Beynəlxalq Ayder Forumu Dərnəyi tərəfindən həyata keçirilir.

“Enerji, qlobal təhlükəsizlik və diplomatiya” başlıqlı forum 15-17 yanvar tarixlərində keçirilir. Tədbirdə enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, Qara dəniz-Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri mövzuları ətrafında müzakirələr aparılır.

Tədbir milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir.

Aərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Ekologiya və təbii sərvətlər komitəsinin sədri Sadiq Qurbanov Forumda iştirak edirlər.

Qeyd edək ki, Qara dəniz bölgəsinin ən vacib iqtisadi, sosial və mədəni toplantılarından biri hesab edilən Birinci Beynəlxalq Ayder Forumu, 28 sentyabr 2024-cü ildə keçirilib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
50
525.az

10Mənbələr