AZ

"Dinamo" Ülvi ilə yeni müqavilə imzaladı

Moskva “Dinamo”su hücumçusu Ülvi Babayevlə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı azərbaycanlı futbolçunun “ağ-göylər”lə yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzatma maddəsi də yer alıb.

Ülvi “Dinamo”nun yetirməsidi. O, əsas komandanın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 5 qol vurub.

Xatırladaq ki, daha əvvəl Ülvi Babayevlə “Spartak”ın maraqlandığı və onun tezliklə "Dinamo"nu tərk edə biləcəyinə dair xəbərlər yayılmışdı.

Seçilən
13
1
football-plus.az

3Mənbələr