AZ

Lənkəranda qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Lənkəranda qardaşlar arasında bıçaqlanma hadisəsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, dünən saat 15:10 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol döş qəfəsin və sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

09:19

Lənkəranda qardaş qardaşı bıçaqlayıb.

APA xəbər verir ki, Lənkəran şəhər sakini Emral Mirzəyev aralarında yaranmış münaqişə zamanı qardaşı Semral Mirzəyevi bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
7
2
apa.az

3Mənbələr