AZ

Rusiyada peşə təlim mərkəzində partlayış olub, 200 nəfər təxliyə edilib, 7 yaralı var

Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki peşə təlim mərkəzində partlayış baş verib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bina qatı tüstü ilə dolub.

İlkin məlumatlara görə, yeddi nəfər yaralanıb, təxminən iki yüz nəfər təxliyə edilib.

Hadisə yerində təcili yardım xidmətləri və hüquq-mühafizə orqanları işləyir.

Seçilən
9
2
apa.az

3Mənbələr