AZ

Rumıniya Moskvadan 91,5 ton qızıl tələb edir

Yazını böyüt
Yazını kiçilt

Rumıniya Birinci Dünya Müharibəsi zamanı Rusiyaya göndərdiyi qızılın və digər qiymətli əşyaların geri qaytarılmasının həm maddi, həm də mədəni baxımdan son dərəcə vacib olduğunu bildirib.

Hafta.az yazır ki, 1916-cı ildə Birinci Dünya Müharibəsinə qoşulan Rumıniya paytaxt Buxarest də daxil olmaqla ərazisinin bir hissəsini itirdi və Milli Bank da daxil olmaqla bir çox vacib qurumlarını Yassıya köçürdü.

Həmin dövrdə bütün ərazisini itirmək riski ilə üzləşən Rumıniya Milli Bankda saxlanılan qızıl ehtiyatlarını və digər qiymətli əşyalarını Rusiyaya göndərmək qərarına gəldi və 1916-cı ilin dekabrı ilə 1917-ci ilin oktyabrı arasında gəmi ilə Moskvaya 91,5 ton qızıl, bəzi zərgərlik və mədəni əsərləraparıldı. Rumıniya Birinci Dünya Müharibəsinin sonundan bəri qızılını geri almaq üçün səylər göstərsə də, məsələ günümüzə qədər uzanıb.

Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, qızılın geri qaytarılması haqda Avropa Parlamentinin (AP) 4 mart 2024-cü il tarixli qətnaməsi var. Qətnamədə Rusiyanın Rumıniyadan göndərilən qızıl və digər qiymətli əşyaları geri qaytarmalı olduğu bildirilir və Moskvanın ölkənin milli xəzinəsini qanunsuz olaraq "ələ keçirdiyi" iddia edilir. Bəyanatda vəziyyətin Rusiya ilə həll edilməli olduğu qeyd olunur.

Bəyanatda o da qeyd edilib ki, protokol beynəlxalq müqavilə xarakteri daşıdığı üçün, Rusiya buna etiraz etmir.

Əlavə edilib ki, Birinci Dünya Müharibəsi zamanı Rumıniyanın Rusiyaya göndərilən qızıl ehtiyatları məsələsi tarix, arxiv, maliyyə, bankçılıq və incəsənət tarixi kimi sahələrdə hər iki tərəfdən mütəxəssislərin daxil olduğu Rumıniya-Rusiya Birgə Komissiyası tərəfindən təhlil edilir. Bəyanatda deyilir ki, 2003-cü ildə yaradılmış komissiya bir neçə dəfə görüş keçirib, lakin Rusiyanın Ukraynaya hücumlarından sonra proses dayandırılıb və siyasi şərtlər imkan verdikdə birgə komissiya işini bərpa edəcək.

Seçilən
48
3
hafta.az

4Mənbələr