“G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli əlavə edib.
O, Türkiyə MİT başqanı İbrahim Kalına müraciət edib. Bildirib ki, İstanbul Valiliyi Köç İdarəsi Ankara İdarə Məhkəməsinin sorğusuna verdiyi cavabda göstərib ki, onlar Türkiyə MİT-nin 19.11.2025 tarixli 197899223 saylı yazısına əsasən bu kodu onun üzərinə qoyublar.
“Bu koda əsasən mənim Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığım bildirilir”.
G.Hacıbəyli İbrahim Kalını MİT adından İstanbul Valiliyinə verilmiş məlumatın əsassız olduğunu nəzərə alaraq, onun geri götürülməsinə çağırıb.