Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb.
Musavat.com xəbər verir ki, bu barədə Gununsesi.info saytına onun ailə üzvləri məlumat veriblər.
Məlumata görə, keçmiş mer Gaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi villada yaşayır. Onun köçməsinə səbəb həyat yoldaşının məhz Ağçaydan olmasıdır.
Kənd sakinləri Musavat.com-un əməkdaşına bildiriblər ki, Hacıbala Abutalıbov kəndə köçəndən sonra orada işlər görüb, təmizliyə ciddi nəzarət edib və hər şeyin səliqəli olması üçün çalışıb. Onun ilin böyük hissəsini kənddə keçirdiyi deyilir.
Musavat.com eksklüziv olaraq Hacıbala Abutalıbovun evinin videosunu əldə edib. Həmin görüntüləri təqdim edirik.
BU LİNKDƏ