AZ

Xətaidə su xəttinin üzərində tikilmiş evin döşəməsi çökübVİDEO

Bir il əvvəl bünövrəsinə su sızan evin döşəməsi dünən çöküb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xəyai  rayonu, Rəşid Bağırov küçəsi, 30 ünvanından gedir.

Ötən dövr ərzində ərazidə dəfələrlə arda-arda su sızması və su borusunun partlaması nəticəsində evlərin qəzalı vəziyyətə düşdüyünü iddia edən Bəkir Məmmədov deyir ki, dəfələrlə aidiyyəti qurumlara baş verən hadisə ilə bağlı məlumat veriblər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumza cavab olaraq bildirldi ki, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 mm-lik kollektorda qəza baş verib. Qəza fərdi yaşayış evinin altındadır. Ona görə də qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub. Rayon icra başçısının müavininə, FHN-ə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq.

Xətai rayon İH-dən isə bildirildi ki, vəziyyət aidiyyəti qurumların qərarı birlikdə təhlil olunacaq. Bundan sonra Xətai İH öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
111
xezerxeber.az

1Mənbələr