AZ

37,2 dərəcə temperatur kişilərə niyə daha ağır təsir edir?

37,2 dərəcə bədən temperaturu kişilər üçün həqiqətən də daha ağır keçirilir və bunun elmi izahı var.

Ekologiya.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, səbəb xromosomlar və cinsi hormonlarla birbaşa bağlıdır.

Mütəxəssislər bildirir ki, qadınların immun sistemi daha tez işə düşür və daha effektiv fəaliyyət göstərir. Bunun əsas səbəbi qadın hormonu olan estrogenin infeksiyaya qarşı immun cavabı gücləndirməsidir. Nəticədə orqanizm xəstəliklə daha sürətli mübarizə apara bilir.

Kişilərdə isə vəziyyət fərqlidir. Testosteron immun reaksiyanı gecikdirir və bu zaman virus orqanizmdə xeyli çoxalmağa vaxt tapır. Alimlərin fikrincə, məhz bu səbəbdən kişilər eyni temperatur və eyni infeksiya zamanı özlərini daha ağır hiss edirlər.

Araşdırma göstərir ki, bu fərq bioloji xarakter daşıyır və gündəlik müşahidələr elmi faktlarla təsdiqlənir.

 

Musavat.com

Seçilən
100
ekologiya.az

1Mənbələr